Güclü ZƏLZƏLƏ: bu ölkədə...
Şimali Kuril adaları bölgəsində gecə saatlarında 6,0 bal gücündə zəlzələ baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova TASS agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, zəlzələ 16 fevral saat 02:58-də (Bakı vaxtı ilə 15 fevral saat 19:58) Matua adasından 160 kilometr şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 73 kilometr dərinlikdə yerləşib.
Yelena Semenova əlavə edib ki, yeraltı təkanların yaşayış məntəqələrində hiss olunması barədə məlumat daxil olmayıb.
Mövzular: