Reklam resmi
Reklam resmi

ABŞ ordusunu bu ölkəyə GÖNDƏRDİ

ABŞ ordusunu bu ölkəyə GÖNDƏRDİ
Dünya

ABŞ terrorçu qruplaşmalarla mübarizənin aparıldığı Nigeriyanın şimal-şərqinə hərbi yüklərin daşınmasına başlayıb.

Ajans.az xəbər verir ki, bu barədə "Vanguard" qəzeti Nigeriya Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ən azı üç təyyarə vasitəsilə Nigeriya Silahlı Qüvvələrinin Borno ştatındakı bazasına hərbi sursat çatdırılıb.

"Nigeriya və ABŞ arasında danışıqların yekunlarına əsasən, Amerika hökuməti bizə təkcə hərbi qulluqçular göndərməyəcək, həm də üsyançılarla mübarizə üçün sursat tədarükü daxil olmaqla, zəruri dəstəyi göstərəcək", - mənbə qeyd edib.

Mövzular:
ABŞ Nigeriya "Vanguard" Nigeriya Silahlı Qüvvələri

Digər Xəbərlər