Reklam resmi
Reklam resmi

Ukraynaya DƏHŞƏTLİ HÜCUM: HƏLAK OLAN VAR

Ukraynaya DƏHŞƏTLİ HÜCUM: HƏLAK OLAN VAR
Dünya

14 fevral gecəsi Ukraynanın Odessa şəhəri növbəti dəfə pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.Hadisə nəticəsində şəhərdə yerləşən fərdi yaşayış evlərindən biri dağılıb, dağıntılar altından bir qadının meyiti çıxarılıb.

Ajans.az xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper özünün Telegram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, dron hücumu bir mərtəbəli yaşayış binasının damına ziyan vurub. Xilasedicilər baş vermiş yanğını qısa müddətdə söndürməyə nail olublar. “Təəssüf ki, hücum nəticəsində bir qadın həlak olub”, – deyə Kiper bildirib.

Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak isə ölən şəxsin 1950-ci il təvəllüdlü yerli sakin olduğunu açıqlayıb.

Bundan əlavə, partlayış dalğası yaxınlıqdakı binaların pəncərələrinə də ziyan vurub.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər