Tanınmış aktyor beynəlxalq AXTARIŞA VERİLİB
Rusiya ordusu haqqında yalan məlumat yaymaqda ittiham olunan aktyor Artur Smolyaninov ilə bağlı istintaq başa çatıb. Qalmaqallı açıqlamaları ilə tanınan Smolyaninov artıq beynəlxalq axtarışa verilib, onun əmlakı isə müsadirə edilib.
Ajans.az yerli mediaya istinadən xəbər verir ki,Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi təyin olunan Smolyaninov-un ifadələri cinayət qanunvericiliyi çərçivəsində qiymətləndirilib. Müstəntiqlər müəyyən ediblər ki, aktyor xaricdən verdiyi onlayn müsahibədə Rusiya hərbçilərinin hərəkətləri barədə bilərəkdən yalan məlumat yayıb. Ona qiyabi ittiham irəli sürülüb.
Smolyaninov-a qarşı iş 16 yanvar 2023-cü ildə başlanıb. 2024-cü ilin oktyabrında o, əvvəl federal, daha sonra isə beynəlxalq axtarışa verilib.
Müsahibələrindən birində aktyor bildirib ki, əgər o döyüşmək qərarına gəlsəydi, Ukrayna tərəfində olardı və bununla bəzi “qardaşlarını” digərlərindən qoruyacağını qeyd edib. O həmçinin Rusiyaya nüvə zərbəsi endirilməsinə etiraz etməyəcəyini açıqlayıb.
Smolyaninov-un qalmaqallı açıqlamaları və davranışları sosial şəbəkələrdə geniş müzakirə olunur və onun hüquqi vəziyyəti ciddi beynəlxalq diqqət mərkəzindədir.