Reklam resmi
Reklam resmi

ABŞ-də DƏHŞƏTLİ HADİSƏ: HƏLAK OLAN VAR

ABŞ-də DƏHŞƏTLİ HADİSƏ: HƏLAK OLAN VAR
Dünya

ABŞ-ın Ayova ştatında yerli kollecin beysbol komandasını daşıyan avtobus magistral yolda qəza törədib.

Ajans.az CBS News-a istinadən xəbər verir ki, qəzada bir nəfər ölüb, 32 sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan üçü təcili yardım təyyarəsi ilə xəstəxanaya aparılıb. Ölənlərin və yaralananların adları hələ açıqlanmır.

Hadisə çərşənbə günü səhər baş verib; avtobus yoldan çıxaraq aşıb və qəza zamanı digər nəqliyyat vasitələrinin iştirakı olmayıb. Polis hadisənin səbəblərini araşdırır.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Ayova ştatı

Digər Xəbərlər