Fransada 850.000 ev ELEKTRİKSİZ QALIB
Fransanın cənub-qərb bölgəsində Nils fırtınası nəticəsində təxminən 850.000 ev elektrik enerjisiz qalıb.
Ajans.az xəbər verir ki, RTL radiostansiyası 12 fevral tarixində xəbər verib.
Hesabatda qeyd olunur ki, daşqın, güclü külək və uçqun riski səbəbindən dörd departamentdə qırmızı həyəcan siqnalı verilib. Bundan əlavə, ölkə üzrə 32 departamentdə narıncı həyəcan siqnalı qüvvədədir.
Hakimiyyət orqanları fırtınanın yaratdığı təsirlərin aradan qaldırılması və elektrik enerjisinin bərpası üçün işləri davam etdirir. Sakinlərə isə ehtiyat tədbirləri görmək və təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur.
Mövzular: