Reklam resmi
Reklam resmi

Qonşu ölkədə ZƏLZƏLƏ

Qonşu ölkədə ZƏLZƏLƏ
Dünya

İranda növbəti zəlzələ baş verib. Bu səhər saatlarında Buşehr əyalətinin cənubunda yerləşən Əsəluyə rayonunda 4,2 bal gücündə yeraltı təkan qeydə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Əsəluyə şəhərindən 20 kilometr, Hormozqan əyalətinin Kuşkenar şəhərindən 26 kilometr və Fars əyalətinin Mehr şəhərindən 40 kilometr məsafədə yerləşib. Yeraltı təkanın ocağı 10 kilometr dərinlikdə olub.

Hazırda dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran zəlzələ

Digər Xəbərlər