Reklam resmi
Reklam resmi

Aİ Ukraynada sülh səylərinə ZƏRBƏ VURUR

Aİ Ukraynada sülh səylərinə ZƏRBƏ VURUR
Dünya

Avropa İttifaqı Ukraynadakı münaqişənin nizamlanması üzrə beynəlxalq səylərə silah tədarükü və maliyyə dəstəyi ilə zərbə vurur.

Ajans.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə çinli həmkarı Van İ ilə danışıqlardan sonra jurnalistlərə açıqlamasında bildirib.

“Təəssüf ki, avropalılar sülhün bərqərar olunması istiqamətində səyləri daim pozurlar”, – deyə Siyarto qeyd edib. Onun sözlərinə görə, buna Kiyev və Brüssel tərəfindən silah və maliyyə vəsaitlərinin Ukraynaya göndərilməsi, həmçinin ölkənin Aİ-yə sürətlə qəbulunu hədəfləyən koalisiyanın formalaşdırılması dəlalət edir.

“Milli maraqların qorunmasına yönəlmiş suveren Macarıstan hökuməti buna etiraz edir. Macarlar sülhün tərəfdarıdır. Müharibənin davamı və Ukraynanın Aİ-yə üzvlüyü tam şəkildə maraqlarımıza ziddir”, – deyə XİN rəhbəri vurğulayıb.

Mövzular:
Ukrayna Sülh

Digər Xəbərlər