Rəsmi sənəddə örüş, reallıqda əkin sahəsi – Beyləqanda ərazi İDDİASI
Beyləqan rayon Dünyamallar kəndində örüş sahəsi satılıb.
Ajans.az-ın qaynar xəttinə faktla bağlı şikayət daxil olub. Beyləqan rayonunda heyvandarlıq üçün ayrılmış torpaq sahəsi satılıb. Sakinlərin hər birinə 63 h torpaq sahəsi verilib. Hər bir ailədən 4 h torpaq sahəsi ayrılıb ki, 45 h ərazi mal-qaranı otarmaq üçün istifadə edilsin. Ancaq həmin torpaq sahəsi satılıb. Sözügedən ərazidə artıq bir ay olar-olmaz ki, əkin əkilib. Sakinlər mal-qarası üçün otlaq tapa bilmir.
300-dən çox şəxs məsələ ilə bağlı şikayətçidir. Beyləqan rayon sakinləri problemlə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət ediblər. Onlar iddia edirlər ki, əmlak kadastr və reyestrdən rəsmi cavab verilib ki, ərazi örüş torpağıdır.



Mövzular: