Reklam resmi
Reklam resmi

Rusiyada FACİƏ: şagird məktəbdə VƏFAT ETDİ

Rusiyada FACİƏ: şagird məktəbdə VƏFAT ETDİ
Dünya

Yekaterinburqda 181 nömrəli məktəbin doqquzuncu sinif şagirdi tualetdə qəfildən xəstələnərək vəfat edib. Hadisə bədən tərbiyəsi dərsindən dərhal sonra baş verib.

Ajans.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, yeniyetmənin ölüm səbəbi ürək problemləri ilə bağlı olub. Şagird dərsdən sonra dostu ilə tualetə gedərkən qəfildən huşunu itirib. Məlumata görə, şagirdin qan təzyiqini ölçən cihaz işləmir və bu səbəbdən ürəyi dayanıb.

Müəllimlər və həkim dərhal müdaxilə etsələr də, təcili yardım gələnədək şagirdi xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı prokurorluq araşdırma aparır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya hadisə

Digər Xəbərlər