Reklam resmi
Reklam resmi

İsrail İrana HÜCUM EDƏCƏK

İsrail İrana HÜCUM EDƏCƏK
Dünya

Son görüşlər zamanı İsrailin yüksək vəzifəli hərbi rəsmiləri amerikalı həmkarlarına İranın ballistik raket proqramının İsrail üçün yaratdığı təhlükənin nüvə proqramından az olmadığını bildirib və zərurət yaranacağı təqdirdə Təl-Əvivin təkbaşına hərəkət etməyə hazır olduğunu vurğulayıblar.

Ajans.az xəbər verir ki, təhlükəsizlik mənbələri bu barədə The Jerusalem Post nəşrinə açıqlama veriblər.

Mənbələrin sözlərinə görə, İsrail tərəfi İranın İsrailin mövcudluğunu təhdid edən miqyasda strateji silah sistemlərini yenidən formalaşdırmasına imkan verməyəcəyini və öz hərəkət seçimlərini müəyyən etmək hüququnu saxladığını qeyd edib.

The Jerusalem Post yazır ki, İsrail hərbi rəsmiləri İranın raket proqramının effektivliyini azaltmaq məqsədilə hazırlanmış əməliyyat konsepsiyalarını, o cümlədən əsas istehsal müəssisələrinə mümkün zərbələri amerikalı həmkarları ilə bölüşüblər.

Nəşrə danışan mənbə bildirib: “Amerikalılara açıq şəkildə bildirdik ki, İran ballistik raketlərlə bağlı müəyyən etdiyimiz qırmızı xətləri keçərsə, İsrail təkbaşına zərbə endirəcək”. O, həmçinin İsrailin İran daxilində baş verən prosesləri daim izlədiyini əlavə edib.

JP qeyd edir ki, İsrailin yüksək rütbəli hərbi rəsmilərindən biri mövcud vəziyyəti İranın raket infrastrukturuna ciddi zərbə endirmək və İsrailə, eləcə də qonşu ölkələrə qarşı mövcud təhdidləri neytrallaşdırmaq üçün “tarixi fürsət” kimi qiymətləndirib.

 

Mövzular:
İsrail İran

Digər Xəbərlər