Reklam resmi
Reklam resmi

Güclü ZƏLZƏLƏ: Bu ölkədə...

Güclü ZƏLZƏLƏ: Bu ölkədə...
Dünya
339

Meksikanın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib.

Ajans.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Altay–Sayan şöbəsinin məlumatına görə, yeraltı təkanlar bazar ertəsi Moskva vaxtı ilə saat 00:42-də qeydə alınıb.

Məlumata əsasən, zəlzələnin episentri Oaxaka ştatının Santa Kruz Xoxokotlan şəhərindən 36 kilometr cənub-şərqdə yerləşib. Episentrdəki titrəyişlərin intensivliyinə görə zəlzələ “çox güclü” kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti də zəlzələnin maqnitudasını 5,7 bal olaraq təsdiqləyib. ABŞ seysmoloqlarının məlumatına görə, yeraltı təkanların ocağı 19 kilometr dərinlikdə yerləşib. Hadisədən sonra 3,4 bal gücündə afterşok da qeydə alınıb.

Bundan əlavə, bazar ertəsi gecəsi Cənubi Kuril adaları sahillərində, Şikotan adası yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı dəniz dibindən 40 kilometr dərinlikdə yerləşib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Meksika zəlzələ

Digər Xəbərlər