Reklam resmi
Reklam resmi

Piter Mandelsonun evində Epşteyn ilə əlaqədar AXTARIŞ APARILIR

Piter Mandelsonun evində Epşteyn ilə əlaqədar AXTARIŞ APARILIR
Dünya

Polis əməkdaşları məxfi hökumət məlumatlarının amerikalı maliyyəçi Ceffri Epşteynə ötürülməsi iddiası ilə əlaqədar olaraq Britaniyanın ABŞ-dakı sabiq səfiri Piter Mandelsonun iki evində axtarış aparıblar.

Ajans.az xəbər verir ki, bu barədə London polisi məlumat verib.

Axtarışlar biri İngiltərənin cənub-qərbindəki Uiltşirdə, digəri isə Londonun Kamden rayonunda olmaqla iki ünvanda aparılır.

"Axtarışlar 72 yaşlı bir kişinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı davam edən istintaqla əlaqədardır. O, saxlanılmayıb", - polis bildirib.

Mövzular:
Polis

Digər Xəbərlər