Reklam resmi
Reklam resmi

Tanınmış aktyor VƏFAT ETDİ

Tanınmış aktyor VƏFAT ETDİ
Dünya

“Qardaş” kult filmində qaçaq obrazı ilə tanınan aktyor Artur Arutyunyan 68 yaşında ürək tutmasından dünyasını dəyişib.

Ajans.az xəbər verir ki, bu barədə məlumat Kino-Teatr.Ru portalında dərc olunub. Aktyorun ölümünü keçmiş həyat yoldaşı Valentina Konovalova təsdiqləyib. Onun sözlərinə görə, Artur Arutyunyan 5 fevral 2026-cı il axşamı Sankt-Peterburqdakı Yelizavetinskaya Xəstəxanasında ürək tutması nəticəsində vəfat edib.

Qeyd olunur ki, Arutyunyan Aleksey Balabanovun “Qardaş” filmindəki rolundan sonra ona tez-tez təklif olunan stereotipik obrazlardan imtina edib.

Aktyor kino karyerasına 1990-cı ildə “Müqəddəslər yürüş edəndə” filmi ilə başlayıb. Daha sonra “Sınıq işıqların küçələri” və “Ölümcül qüvvə” kimi məşhur teleseriallarda da rol alıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
“Qardaş” filmi Artur Arutyunyan

Digər Xəbərlər