Reklam resmi
Reklam resmi

Rusiya hərbi rəhbərinə ATƏŞ AÇILDI

Rusiya hərbi rəhbərinə ATƏŞ AÇILDI
Dünya

İstintaq Komitəsinin məlumatına görə, Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı və Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki,  hadisə bu gün Volokolamskoye şossesindəki yaşayış binasında baş verib. Məlumata görə, bir şəxs Alekseyevə bir neçə dəfə atəş açaraq oradan qaçıb. Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib.

İstintaq tərəfindən Müdafiə Nazirliyinin yüksək vəzifəli məmuruna qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi açılıb və hadisənin səbəbləri araşdırılır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
hərbi rəhbər Rusiya

Digər Xəbərlər