Qəddafinin oğlu hücum zamanı 18 dəfə GÜLLƏLƏNİB
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın öldürülməsi ilə bağlı yeni detallar açıqlanıb.
Ajans.az Əl-Hədət televiziya kanalına istinadən xəbər verir ki, silahlı şəxslər Əz-Zintan şəhərində yerləşən evinə hücum zamanı Seyf əl-İslama 18 dəfə atəş açıblar.
Mənbələrin bildirdiyinə əsasən, hücumda dörd nəfər iştirak edib: iki silahlı şəxs birbaşa evə daxil olub, daha iki nəfər isə binanın kənarında keşik çəkib.
Televiziya kanalının iddiasına görə, hücum anında Seyf əl-İslam telefonla danışırmış. Bildirilir ki, onun silahdaşlarından biri planlaşdırılan hücum barədə əvvəlcədən xəbərdarlıq etsə də, bu, faciənin qarşısını almağa kifayət etməyib.
Mövzular: