Reklam resmi
Reklam resmi

Güclü ZƏLZƏLƏ: Bu ölkədə...

Güclü ZƏLZƏLƏ: Bu ölkədə...
Dünya

Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. Seysmik təkanların regionun inzibati mərkəzi olan Petropavlovsk-Kamçatski şəhərinin sakinləri tərəfindən hiss olunduğu bildirilir.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, zəlzələnin maqnitudası 5,5 bal təşkil edib, Petropavlovsk-Kamçatskidə isə intensivlik ilkin qiymətləndirməyə əsasən 3 bal səviyyəsində olub.

Məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 94 kilometr aralıda, 29,8 kilometr dərinlikdə yerləşib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Kamçatka zəlzələ

Digər Xəbərlər