Reklam resmi
Reklam resmi

Durov Telegram-la bağlı mühüm AÇIQLAMA VERİB

Durov Telegram-la bağlı mühüm AÇIQLAMA VERİB
Dünya

Telegram-ın qurucusu Pavel Durov messencerin istifadəçi məxfilik siyasəti ilə bağlı vacib açıqlama verib. O bildirib ki, Telegram üçüncü tərəflərə çat məlumatlarını ötürməkdənsə, fəaliyyətini dayandırmağa üstünlük verər.

Ajans.az xəbər verir ki, Durov bu fikirləri sosial şəbəkə hesabında paylaşıb. Onun sözlərinə görə, Telegram fəaliyyət göstərdiyi bütün müddət ərzində istifadəçilərin çat məlumatlarından bir bayt belə üçüncü tərəflərlə paylaşmayıb.

Telegram-ın qurucusu vurğulayıb ki, platformanın əsas prinsiplərindən biri istifadəçi məlumatlarının qorunmasıdır və bu mövqedən geri çəkilmək niyyətində deyil.

Qeyd edək ki, Pavel Durov daha əvvəl də WhatsApp-ın etibarlılığı ilə bağlı tənqidi fikirlər səsləndirmiş, istifadəçi məlumatlarının təhlükəsizliyi məsələsinə diqqət çəkmişdi.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Telegram Pavel Durov

Digər Xəbərlər