ABŞ-də polis vertolyotu qəzaya UĞRAYIB
ABŞ-ın Arizona ştatının Flaqstaff şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə naməlum silahlı şəxs arasında baş verən atışmadan sonra polis vertolyotu qəzaya uğrayıb.
Ajans.az xəbər verir ki, bu barədə ABC15 məlumat yayıb.
İlkin məlumatlara görə, vertolyot Tompson və Mark Leyn küçələri arasındakı ərazidə qəzaya uğrayıb. Dəqiq zərbə nöqtəsi hələ müəyyən edilməyib. Open Source Intel kanalının məlumatına görə, silahlı şəxs artıq tutulub.
Hazırda qəza nəticəsində ölən və ya yaralananların sayı barədə məlumat verilməyib. Flaqstaff şəhər hakimiyyəti hadisə ilə bağlı hələ rəsmi açıqlama yayımlamayıb.
Mövzular: