Reklam resmi
Reklam resmi

Epşteynin sənədlərində Ərdoğan haqqında MƏLUMATLAR VAR

Epşteynin sənədlərində Ərdoğan haqqında MƏLUMATLAR VAR
Dünya
466

Jeffri Epşteyn işi ilə bağlı açıqlanan yeni sənədlər arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın regiondakı hərəkətləri ilə bağlı qeydlər ortaya çıxıb.

Ajans.az “Türkiyənin Səsi” Telegram kanalına istinadən xəbər verir ki, sənədlər göstərir ki, Ərdoğan 2012-ci ildən etibarən Türkiyədəki İsrail kəşfiyyat şəbəkəsini fəal şəkildə məhv edirmiş.

Sənədlərə görə, Dan Dubno tərəfindən Epşteynə göndərilən 27 yanvar 2012-ci il tarixli məktubda deyilir:

“Ərdoğan Türkiyə silahlı qüvvələrini tarixən İsraillə yaxşı əməkdaşlıq edənlərdən təmizləyir.”

Yazışmalarda həmçinin bildirilir ki, Ərdoğan İsrail ilə əlaqələri kəsərkən həm Türkiyədə, həm də Yaxın Şərqdə müsəlmanlar arasında təsirini gücləndirir. Dubno qeyd edir:

“Ərdoğan neo-Osmanlı ambisiyalarını nümayiş etdirir və diplomatik cəhətdən Netanyahu administrasiyasından həqiqətən iyrənir. Tel-Əviv Ankaranın Şimali Kiprdə Türkiyə maraqlarını qorumağa yönəlmiş regional hərəkətlərindən narazıdır.”

Dubno əlavə edir ki,

“Türkiyənin İsrailin maraqlarını və Kiprdəki neft-qaz yataqlarını hədəf alan son dərəcə aqressiv dəniz manevrləri gərginlik yaradır. Bu, İsraili sərhəddəki kürd milislərini dəstəkləməyə sövq edə bilərdi.”

Sənədlərdə həmçinin Epşteynin İsrail kəşfiyyatı ilə mümkün əlaqələrinə dair iddialar da yer alır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Jeffri Epşteyn Rəcəb Tayyib Ərdoğan

Digər Xəbərlər