Reklam resmi
Reklam resmi

Tanınmış futbolçu ÖLDÜRÜLÜB

Tanınmış futbolçu ÖLDÜRÜLÜB
Dünya
640

Braziliyanın “Kruzeyro” və İspaniyanın “Atletik Bilbao” klublarının sabiq futbolçusu Vitao 22 yaşında vəfat edib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu güllə yarası ilə xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə Braziliyanın Maseyo şəhərində baş verib. Vitaonun hansı şəraitdə güllələndiyi hələlik məlum deyil.

Qeyd edək ki, futbolçunun son klubu Braziliyanın “Santos” klubu olub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Vitao Braziliya

Digər Xəbərlər