Bu ölkədə silahlı HÜCUM: HƏLAK OLANLAR VAR
Nigeriyanın Kvara ştatında cinayətkar dəstənin hücumu nəticəsində ən azı 35 nəfər ölüb.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki, hücum axşam saatlarında baş verib və təcavüzkarlar kənddəki evləri və mağazaları yandırıblar.
Eyni zamanda, Nigeriyanın şimalındakı Katsina ştatında Doma kəndinə terrorçu qrupun hücumu nəticəsində ən azı 20 mülki şəxs həlak olub. Yerli sakinlərin bir qismi müxtəlif dərəcəli xəsarət alıb, 100-dən çox insan isə evlərini tərk edərək yaxınlıqdakı meşələrdə gizlənib. Bu barədə Arise News yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Əvvəlki gün Makama portalı Nigeriya Hərbi Hava Qüvvələrinin Faskari rayonundakı terrorçu bazalarına hava zərbəsi endirdiyini xəbər vermişdi. Həmin əməliyyat zamanı 27 silahlı öldürülüb. Hava zərbələri Boko Haram qruplaşması ilə mübarizə aparmaq üçün həyata keçirilən antiterror əməliyyatının bir hissəsi olub.