Reklam resmi
Reklam resmi

Trampın qızıl heykəli UCALDILACAQ

Trampın qızıl heykəli UCALDILACAQ
Dünya

Mayamidə ABŞ-nin prezidenti Donald Trampın nəhəng qızıl heykəlinin ucaldılması planlaşdırılır.

Ajans.az İndependent-ə istinadən xəbər verir ki, təxminən 4,5 metr hündürlüyündə olan heykəl bürüncdən hazırlanıb və qızıl yarpaqla örtülüb. Abidə Florida ştatının Doral şəhərində yerləşən “Trump National Doral” qolf kurortunda, altı metrlik postament üzərində quraşdırılacaq.

Heykəlin müəllifi rəssam Alan Kottrelldir. Bildirilir ki, əsər kriptovalyuta investorlarının sifarişi ilə hazırlanıb və $PATRIOT memekoininin tanıdılması məqsədi daşıyır.

Qeyd olunur ki, hazırda sifarişin ödənişi ilə bağlı mübahisə davam edir. Kottrell vəd edilən 150 min dollardan yalnız 60 min dollar aldığını bildirir və bu səbəbdən heykəli Ohayo ştatındakı tökmə zavodundan götürmədiyini deyir. O, həmçinin kripto investorlarını memekoini tanıtmaq üçün heykəlin təsvirindən onun icazəsi olmadan istifadə etməkdə ittiham edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər