Reklam resmi
Reklam resmi

Qəddafinin oğlunun son audio mesajı DƏRC OLUNUB

Qəddafinin oğlunun son audio mesajı DƏRC OLUNUB
Dünya

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin son audio mesajı sosial şəbəkələrdə yayımlanıb. Mesajı siyasətçinin qardaşı oğlu Əhməd dərc edib.

Ajans.az RİA Novosti-yə istinadən xəbər verir ki, audio müraciətdə Seyf əl-İslam 2011-ci ildə başlayan Ərəb Baharından sonra Liviyada yaranmış daxili siyasi vəziyyəti sərt tənqid edib.

O bildirib ki, ölkənin üzləşdiyi minlərlə insan itkisi, yüz milyardlarla dollar maddi zərər, dağıntılar, yetim və dul qadınlar barədə əvvəlcədən xəbərdarlıq etdiklərini xatırladıb.

Seyf əl-İslam həmçinin Liviyanın faktiki olaraq liviyalılar tərəfindən deyil, xarici ölkələrin səfirləri və nümayəndələri tərəfindən idarə olunduğunu iddia edib və bundan təəssüf hissi keçirdiyini vurğulayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Müəmmər Qəddafi Seyf əl-İslam Qəddafi

Digər Xəbərlər