Epşteynin ölümü ilə bağlı yeni GÖRÜNTÜLƏR
ABŞ Ədliyyə Nazirliyi maliyyəçi Ceffri Epşteynin həbsxana kamerasındakı son anlarını əks etdirən yeni görüntüləri yayımlayıb.
Ajans.az xəbər verir ki, amerikalı milyarder və məhkum Ceffri Epşteyn Manhettendə yerləşən yüksək təhlükəsizlikli Metropolitan İslah Mərkəzində (MCC) ölü tapılıb. Rəsmi qurumlar ölüm səbəbinin intihar olduğunu açıqlasa da, hadisənin baş verdiyi şərait və Epşteynin nüfuzlu şəxslərlə əlaqələri bu günədək çoxsaylı suallar və sui-qəsd ehtimalları doğurur.
Ədliyyə Nazirliyi tərəfindən yayımlanan yeni foto və görüntülərin Epşteynin ölümündən əvvəlki kritik saatlara dair mühüm detalları üzə çıxardığı bildirilir. Epşteyn cinsi istismar və insan alveri ittihamları ilə həbs edilmişdi.
Qeyd olunur ki, o, psixoloji qiymətləndirmələr zamanı intihar düşüncələrinin olmadığını bildirsə də, üzləşdiyi ağır ittihamlar və mümkün uzunmüddətli həbs cəzası səbəbindən “yüksək riskli məhbus” statusuna salınmışdı.




