Reklam resmi
Reklam resmi

Filippində DƏHŞƏTLİ YANĞIN: Minlərlə ev MƏHV OLUNUB

Filippində DƏHŞƏTLİ YANĞIN: Minlərlə ev MƏHV OLUNUB
Dünya

Filippinin Bonqao şəhərində yerləşən yaşayış massivində baş verən böyük yanğın mindən çox evi məhv edib və körpülər də daxil olmaqla infrastruktura ziyan vurub.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, yanğınla bağlı ilk məlumatlar dünən axşam daxil olub. Təcili tədbirlər sayəsində yanğın təxminən dörd saat ərzində söndürülüb.

Hazırda tələfat barədə məlumat yoxdur. Yerli hakimiyyət orqanları sakinlərə kömək göstərir və onları müvəqqəti çadırlar, içməli su və yeməklə təmin edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Filippin yanğın

Digər Xəbərlər