Tramp: “İranla görüşün yerini açıqlamayacağam”
ABŞ Prezidenti Donald Tramp jurnalistlərin İranla planlaşdırılan görüşün keçiriləcəyi yer barədə suallarını cavablandırıb.
Ajans.az xəbər verir ki, dövlət başçısı görüşün məkanı ilə bağlı məlumat verməkdən imtina edib.
“İranla görüşün harada keçiriləcəyini deyə bilmərəm. Bir neçə görüş ola bilər”, – deyə Donald Tramp bildirib.
ABŞ Prezidentinin bu açıqlaması Vaşinqton və Tehran arasında müxtəlif formatlarda təmasların planlaşdırıldığını göstərir.
Mövzular: