Xameneyi etirazçıları “terrorçular” ADLANDIRIB
İranın Ali Lideri Əli Xameneyi ölkədə baş verən etiraz aksiyalarını sərt tənqid edib və etirazçıları “terrorçular” adlandırıb.
Ajans.az yerli mediaya istinadən xəbər verir ki, etirazçılar İŞİD terror qruplaşmasının üsullarına bənzər zorakı əməllər törədirlər.
Xameneyi iddia edib ki, etirazçılar guya insanları diri-diri yandırır, boğazlarını kəsir və “İŞİD-ə xas cinayətlər” törədirlər. O, həmçinin etirazların ABŞ və İsrail tərəfindən təşkil edildiyini irəli sürüb.
Ali Lider çıxışında 2026-cı ilin yanvarında baş verdiyi deyilən etirazları “İŞİD üslubunda zorakı çevriliş cəhdi” kimi xarakterizə edib və bu hadisələrin “kənardan planlaşdırıldığını” bildirib.
Mövzular: