Reklam resmi
Reklam resmi

Tramp: “Epşteyn seçki qələbəmə mane olmağa çalışıb”

Tramp: “Epşteyn seçki qələbəmə mane olmağa çalışıb”
Dünya

ABŞ prezidenti Donald Tramp hesab edir ki, uşaq təcavüzü üzrə məhkum edilmiş maliyyəçi Ceffri Epşteyn keçmişdə onun seçki qələbəsini pozmağa çalışıb.

Ajans.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Məlum oldu ki, Ceffri Epşteyn və yazıçı Maykl Volf mənim seçkilərdə uduzmam üçün sui-qəsd hazırlayıblar”, – deyə Tramp bildirib. O əlavə edib ki, ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi ilə bağlı açıqladığı milyonlarla sənəd bu sui-qəsdi göstərir.

“Epşteyn mənim seçkilərdə uduzmam üçün yazıçı ilə əlbir olub. Başa düşürsünüz ki, mənim bu adamla heç bir əlaqəm yoxdur”, – deyə Tramp vurğulayıb. O, həmçinin Demokrat Partiyasının siyasi zərər vermək məqsədilə materialların açıqlanmasını istədiyinə əminliyini ifadə edib və Bill Klintonun bu işdə rolunu qeyd edib.

Tramp əvvəlcə Epşteynin varislərinə və Maykl Volfa qarşı məhkəmə iddiası qaldırmağı istisna etmədiyini bildirib. ABŞ prezidenti 2016-cı il seçkilərində qalib gəlib, 2020-ci ildə Co Baydenə uduzub və 2024-cü il seçkilərində yenidən prezident olub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər