Reklam resmi
Reklam resmi

Roma Trevi fəvvarəsinə yaxınlaşmaq üçün rüsum tətbiq edib

Roma Trevi fəvvarəsinə yaxınlaşmaq üçün rüsum tətbiq edib
Dünya

Romada yerləşən məşhur Trevi fəvvarəsinə yaxınlaşaraq xatirə məqsədilə sikkə atmaq istəyən turistlər bundan sonra 2 avro rüsum ödəməli olacaqlar. Qərar fəvvarə ətrafında turist sıxlığını azaltmaq və tarixi abidənin saxlanılması üçün əlavə vəsait toplamaq məqsədi daşıyır.

Ajans.az-ın Reuters agentliyinə istinadən xəbər verir ki, rüsum hər gün saat 09:00-dan 21:00-dək tətbiq olunacaq və yalnız turistlərə şamil ediləcək. Altı yaşadək uşaqlar, əlilliyi olan şəxslər və onları müşayiət edən şəxslər ödənişdən azad ediləcək.

Qeyd olunur ki, Trevi fəvvarəsinin yerləşdiyi meydana giriş açıq qalacaq. Rüsum yalnız birbaşa fəvvarəyə yaxınlaşmaq istəyən ziyarətçilərdən alınacaq.

XVIII əsrin ortalarında inşa edilən Trevi fəvvarəsi Romanın ən məşhur tarixi və turistik məkanlarından biri hesab olunur. Məlumata görə, 2025-ci ildə fəvvarəni təxminən 10 milyon turist ziyarət edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Roma Trevi fəvvarəsi

Digər Xəbərlər