Reklam resmi
Reklam resmi

Məsələ bir nüvə partlayışı ilə həll olunar - Solovyov yenə hədələdi

Məsələ bir nüvə partlayışı ilə həll olunar - Solovyov  yenə hədələdi
Dünya

Kremlin təbliğatçısı Vladimir Solovyov Rusiya hökumətini amerikalı milyarder İlon Maskın kosmosdakı peyklərinə nüvə zərbəsi endirməyə çağırıb.

Ajans.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Çağırış İlon Maskın “SpaceX” şirkətinin Rusiyanın “Starlink”ə qarşı dronlar vasitəsilə tədbirlər görməyə başladığı barədə məlumatlar fonunda səsləndirilib.

“Başa düşmürəm, məsələn, niyə İlon Maskın peykləri bizim üçün qanuni hədəf olmasın? Bildiyimə görə, kosmosda bir nüvə partlayışı bu problemi həll edər”, - o bildirib.

Solovyov əlavə edib ki, nüvə zərbəsi nəticəsində Rusiya öz peyklərini də itirəcək:

“Amma bunun elə də qorxulu tərəfi yoxdur, çünki onsuz da ABŞ-dən xeyli geri qalırıq”.

Mövzular:
Kreml Vladimir Solovyov Rusiya İlon Mask

Digər Xəbərlər