Köpəkbalığı yeniyetməni PARÇALADI
Braziliyanın 13 yaşlı sakini Deyvison Roşa Dantas köpəkbalığı hücumundan sonra həyatını itirib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Pernambuko ştatının Olinda şəhəri sahillərində baş verib. Yeniyetmə dostları ilə üzərkən köpəkbalığının hücumuna məruz qalıb.
Yaralı oğlan sahilə çıxarılıb və xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mövzular: