Reklam resmi
Reklam resmi

Restoranlarda servis haqqı QADAĞAN EDİLİB

Restoranlarda servis haqqı QADAĞAN EDİLİB
Dünya

Türkiyədə rəsmi qəzetdə yayımlanan qərara görə, restoran, şirniyyat dükanları və kafelərdə müştərilərdən servis haqqı, masa pulu və süfrə üçün əlavə ödəniş adı altında pul alınması qadağan edilib.

Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni qaydaya əsasən, ictimai iaşə obyektləri menyuda açıq şəkildə göstərilməyən heç bir əlavə məbləği hesab-fakturaya daxil edə bilməz.

Qərarın məqsədi istehlakçıların aldadılmasının qarşısını almaq və qiymət şəffaflığını təmin etməkdir.

Mövzular:
qərar restoran

Digər Xəbərlər