Reklam resmi
Reklam resmi

Kişi həyat yoldaşını QƏTLƏ YETİRİB

Kişi həyat yoldaşını QƏTLƏ YETİRİB
Dünya

Dağıstanda kişi cehiz kimi aldığı avtomobilin satışı ilə bağlı yaranan mübahisədən sonra həyat yoldaşını öldürüb və cəsədini parçalayıb.

Ajans.az Mash Telegram kanalına istinadən xəbər verir ki, hadisədən bir müddət əvvəl 28 yaşlı Raci̇di̇n Y. və 36 yaşlı Malvina M. müsəlman adət-ənənələrinə uyğun olaraq nikah mərasimi keçiriblər. Toydan sonra qadına cehiz kimi Lada Priora markalı avtomobil təqdim olunub.

Məlumata əsasən, Raci̇di̇n Y. avtomobili Malvina M.-nin razılığı olmadan 600 min rubl müqabilində Qroznı şəhər sakininə satıb. Qadın bu sövdələşməyə etiraz edərək avtomobilin oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Hadisə günü axşam saatlarında Raci̇di̇n Y. “ərizə ilə bağlı məsələni müzakirə etmək” məqsədilə Malvina M.-nin yaşadığı evə gəlib. Altı gün sonra qadının yanmış vəziyyətdə olan bədən hissələri Dərbənd şəhərindən üç kilometr aralıda yerləşən kənd ərazisində aşkar edilib.

Ailə dostlarının bildirdiyinə görə, Malvina M.-nin əvvəlki nikahından üç azyaşlı övladı olub.

Raci̇di̇n Y. hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, polis bölməsində törətdiyi cinayəti etiraf edib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Dağıstan qətl

Digər Xəbərlər