Reklam resmi
Reklam resmi

Keçmiş komandası Qurban Qurbanovu TƏBRİK ETDİ

Keçmiş komandası Qurban Qurbanovu TƏBRİK ETDİ
İdman

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə adlayan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovu keçmiş komandası "Baltika" təbrik edib.

Ajans.az  xəbər verir ki, təbrik Rusiya klubunun "Instagram" hesabında paylaşılıb.

"Dünən axşam Azərbaycanın "Qarabağ" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsinə rəsmi olaraq çıxdı. Bunun bizim klubla nə əlaqəsi var? Cavab veririk: Ağdam komandasına "Baltika"nın keçmiş oyunçusu məşqçilik edir!", - deyə Kalininqrad təmsilçisinin paylaşımında vurğulanıb.

Xatırladaq ki, Qurban Qurbanov 1999-cu ildə "Baltika"nın heyətində 14 matç keçirib və bir qol vurub.

Mövzular:
Qurban Qurbanov

Digər Xəbərlər