Reklam resmi
Reklam resmi

Məktəbli qız polisə ZƏNG EDƏRƏK...

Məktəbli qız polisə ZƏNG EDƏRƏK...
Dünya
612

Rusiyanın Jeleznoqorsk şəhərində 12 yaşlı məktəbli qız polisə zəng edərək özünü qaçırılmış kimi təqdim edib. O, göz yaşları içində qaçırıldığını və zirzəmiyə aparıldığını iddia edib.

Ajans.az Kras Mash Telegram kanalına istinadən xəbər verir ki, polis əməkdaşları və könüllülər şəhərin qarajları və zirzəmilərində qızı axtarmaq üçün bir neçə saat vaxt sərf ediblər.

Lakin araşdırmalar zamanı məlum olub ki, qız bütün bu müddət ərzində evdə olub. O, darıxdığını və polisin nə qədər tez gələcəyini yoxlamaq məqsədilə belə bir “sınaq” aparmaq qərarına gəldiyini etiraf edib.

Hazırda yetkinlik yaşına çatmayanların işləri üzrə şöbə tərəfindən araşdırma aparılır. Məktəbli qızın valideynləri isə övladlarının davranışına nəzarəti düzgün təmin etmədiklərinə görə inzibati məsuliyyətlə üzləşə bilərlər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya hadisə

Digər Xəbərlər