Reklam resmi
Reklam resmi

İspaniyada DƏHŞƏTLİ qar fırtınası

İspaniyada DƏHŞƏTLİ qar fırtınası
Dünya

İspaniyada qar, yağış və güclü küləklə müşayiət olunan şiddətli fırtına səbəbindən ölkənin əksər əyalətləri üzrə hava xəbərdarlığı elan edilib.

Ajans.az TASS-a istinadən xəbər verir ki, İspaniyanın Milli Meteorologiya Agentliyinin məlumatına görə, krallığın qərb və cənub bölgələrində yerləşən bir neçə şəhər üçün maksimum səviyyəli qırmızı xəbərdarlıq (həddindən artıq təhlükə) qüvvəyə minib.

Şiddətli hava şəraiti artıq onlarla avtomobil yolunda nəqliyyatın hərəkətinə mənfi təsir göstərib, bəzi yollar isə müvəqqəti olaraq bağlanıb. Eyni zamanda, bir sıra ərazilərdə qatarların hərəkətində fasilələr qeydə alınıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
İspaniya qar fırtınası

Digər Xəbərlər