Reklam resmi
Reklam resmi

Anbar YANDI: ÖLƏNLƏR VAR

Anbar YANDI: ÖLƏNLƏR VAR
Dünya
558

Hindistanın şərqində yerləşən Qərbi Benqal əyalətinin Anandapur şəhərindəki bir anbarda baş verən yanğın nəticəsində ən azı səkkiz nəfər həlak olub, bir neçə nəfər isə itkin düşüb.

Ajans.az Sinxua xəbər agentliyinə istinadənxəbər verir ki, yanğın sənaye ərazisindəki anbarlardan birində başlayıb və digər anbarlara yayılıb. Hadisəyə on beş yanğınsöndürmə briqadası cəlb olunub və yanğın artıq söndürülüb.

Xilasedicilər itkin düşənləri axtarır. Yanğının səbəbi hələ araşdırılır, ilkin ehtimallara görə, elektrik qısaqapanması hadisəyə səbəb ola bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Hindistan yanğın

Digər Xəbərlər