Reklam resmi
Reklam resmi

İranda tanınmış məşqçi gizli EDAM EDİLİB

İranda tanınmış məşqçi gizli EDAM EDİLİB
Dünya

İranda idmançı və bodibildinq məşqçisi Əli Rəhbərin gizli şəkildə edam edildiyi bildirilir.

Ajans.az xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat verib.

Məlumata görə, Əli Rəhbər bir neçə gün əvvəl Məşhəd şəhərində edam olunub. Xəbəri onun əmisi oğlu təsdiqləyib. Qohumlarının sözlərinə görə, Əli Rəhbər təxminən 10 gün əvvəl ölkədə baş verən kütləvi etirazlar zamanı saxlanılıb.

Edamın hansı ittihamlar əsasında həyata keçirildiyi barədə rəsmi açıqlama verilməyib, ittihamların detalları hazırda məlum deyil.

Qeyd olunur ki, Əli Rəhbər peşəkar idmançı olub və bodibildinq üzrə məşqçi kimi fəaliyyət göstərib. Onun təxminən 33 yaşı olub.

Hadisə ilə bağlı İranın rəsmi qurumları hələlik məlumat yaymayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran etirazlar

Digər Xəbərlər