Reklam resmi
Reklam resmi

Peçenye fabrikində PARTLAYIŞ: 4 ÖLÜ

Peçenye fabrikində PARTLAYIŞ: 4 ÖLÜ
Dünya
1060

Yunanıstanın Trikala şəhərində yerləşən Violanta peçenye fabrikində baş verən partlayış və yanğın nəticəsində dörd nəfər həlak olub, bir nəfər isə itkin düşüb.

Ajans.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT-news televiziya kanalı məlumat yayıb. Partlayış yerli vaxtla səhər saat 4:00-da (Bakı vaxtı ilə 6:00) baş verib və ardınca böyük yanğın yaranıb. Hadisə zamanı fabrikdə 12-13 nəfər olub və sobalar fasiləsiz işləyib.

Yanğınsöndürənlər və polis cinayətkarlıq şöbəsinin mütəxəssisləri hadisə yerinə cəlb edilib. Səhər saat 9:00-dan (Bakı vaxtı ilə 11:00) etibarən əvvəlcə üç, daha sonra dördüncü qurbanın cəsədi tapılıb. Hələ də bir qadın itkin sayılır. İlkin araşdırmalara görə, partlayışın səbəbi ammonyak və propan ola bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Yunanıstan Violanta peçenye fabriki

Digər Xəbərlər