Reklam resmi
Reklam resmi

Yaponiyada şiddətli qar - 13 nəfər XƏSARƏT ALDI

Yaponiyada şiddətli qar - 13 nəfər XƏSARƏT ALDI
Dünya

Yaponiyanın qərb sahilindəki İşikava prefekturasında qar yağışı nəticəsində 13 nəfər xəsarət alıb.

Ajans.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Qeyd olunur ki, prefekturanın paytaxtı Kanazavada cəmi bir gündə təxminən 50 santimetr qar yağıb.

Məlumata görə, son 24 saat ərzində prefekturada buzlu yollarda qar yığınları səbəbindən 32 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə doqquz nəfər xəsarət alıb, qarda yıxılma nəticəsində isə dörd nəfər xəstəxanalara müraciət edib.

Mövzular:
Yaponya

Digər Xəbərlər