Şirvanda 36 yaşlı şəxs toyda BIÇAQLANDI
Şirvan şəhərində bıçaqlanma olub.
Ajans.az xəbər verir ki, hadisə şəhərin Köhnə şəhər massivində qeydə alınıb.
Məlumata əsasən, şadlıq saraylarından birində keçirilən toy mərasimindən çölə çağırılan Şirvan sakini, 1990-cı il təvəllüdlü Mahir Habil oğlu Ədilov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Zərərçəkən qarın boşluğuna daxilə nüfuz edən bıçaq xəsarəti ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır. \Apa
Mövzular: