Pakistanda hotel yanıb, ölənlər var
Pakistanda hoteldə baş vermiş yanğın nəticəsində 2 nəfər ölüb, 280 nəfər təxliyə edilib.
Ajans.az xəbər verir ki, bu barədə ölkənin xilasetmə xidməti məlumat yayıb.
Məlumata görə, hadisə Laxor şəhərinin Qulberq rayonundakı hoteldə baş verib.
Ümumilikdə, 280 nəfər - 100 qonaq və 180 hotel işçisi təxliyə edilib.
"Bir nəfər xəstəxanaya çatdırılıb, iki nəfər tüstüdən boğulub. Axtarış-xilasetmə işləri davam edir, bir nəfər itkin düşmüş hesab olunur", - qurumdan bildirilib.
Mövzular: