Reklam resmi
Reklam resmi

Oyuncağa görə 32 uşaq ÖLÜB

Oyuncağa görə 32 uşaq ÖLÜB
Dünya

Məşhur Montessori tipli diş çıxarma oyuncağı təhlükəsizlik riskləri səbəbilə dünya miqyasında geri çağırılır. Oyuncağın istifadəsi nəticəsində 32 uşaq ölümü qeydə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb.

Məhsul uşaqların duyğu və motor bacarıqlarının inkişafı üçün nəzərdə tutulmuşdu. Lakin mütəxəssislər oyuncağın dizaynında istifadə olunan bağcıqların və silikon tellərin icazə verilən ölçülərdən daha kiçik olduğunu müəyyən ediblər.

ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası (CPSC) bildirib ki, silikon tellər uşağın boğazının arxa hissəsinə ilişə bilər. Bu isə nəfəs almaqda çətinlik, boğulma riski və ölümə səbəb ola bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Montessori Oyuncağ

Digər Xəbərlər