Reklam resmi
Reklam resmi

Britaniya “Sülh Şurası”ndan ÇIXIB

Britaniya “Sülh Şurası”ndan ÇIXIB
Dünya

Böyük Britaniya Rusiya prezidenti Vladimir Putinin mümkün iştirakı ilə bağlı narahatlıqlar səbəbindən ABŞ prezidenti Donald Trampın təşəbbüsü olan “Sülh Şurası”na qoşulmaqdan imtina edib.

Ajans.az xəbər verir ki,Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper BBC-yə müsahibəsində Londonun Şuranın səlahiyyətlərinin genişliyindən narahat olduğunu açıq şəkildə bəyan edib.

Nazirin sözlərinə görə, “Sülh Şurası” əvvəlcə Qəzza zolağında İsrail və HƏMAS arasında müharibəyə son qoymaq məqsədi ilə təqdim olunsa da, sonradan daha geniş siyasi və hüquqi məsələləri əhatə edən bir hüquqi mexanizmə çevrilib.

Kuper vurğulayıb ki, Britaniya hökuməti bu cür qeyri-müəyyən və geniş səlahiyyətli strukturlarda iştirakla bağlı ehtiyatlı mövqe tutur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
“Sülh Şurası” Britaniya

Digər Xəbərlər