Reklam resmi
Reklam resmi

Bu ölkənin hökuməti İSTEFA EDİB

Bu ölkənin hökuməti İSTEFA EDİB
Dünya
514

Keçid dövrünün Baş naziri Amadou Ouri Banın rəhbərlik etdiyi Qvineya hökuməti Prezident Mamadi Doumbouyanın fərmanı ilə istefaya göndərilib.

Ajans.az xəbər verir ki, bu barədə Guinea 360 xəbər portalı məlumat yayıb.

Portalın məlumatına görə, dövlət başçısı nazirliklərin baş katiblərinə yeni hökumət təyin olunana qədər öz departamentlərinin cari işlərini idarə etməyə davam etməyi tapşırıb. Yeni kabinet rəhbərinin adı və tərkibinin yaxın günlərdə açıqlanması gözlənilir.

Hökumətin istefası Prezident Doumbouyanın vəzifəyə başlamasından təxminən bir həftə sonra baş verib. O, 28 dekabr 2025-ci ildə keçirilən seçkilərdə qalib gəlib və Qvineyada prezidentlik səlahiyyətlərinə yeddi il müddətinə malikdir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Qvineya Amadou Ouri Ban

Digər Xəbərlər