Reklam resmi
Reklam resmi

ABŞ İrana hərbi təzyiqi ARTIRIR

ABŞ İrana hərbi təzyiqi ARTIRIR
Dünya

ABŞ administrasiyası İrana qarşı hərbi təzyiqi artırdığını bəyan edib. ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Amerika Hərbi Dəniz Qüvvələrinə məxsus bir sıra hərbi gəmilər artıq Yaxın Şərq istiqamətində hərəkətə başlayıb.

Ajans.az Müstəqil Fars-a istinadən xəbər verir ki , USS Abraham Lincoln təyyarədaşıyan gəmisi və bir neçə idarəolunan raket esminesi yaxın günlərdə Fars körfəzinə daxil olacaq. Ağ Ev rəhbəri bu addımı “nəhəng donanmanın yerləşdirilməsi” kimi xarakterizə edib.

Prezident Tramp Tehrana ünvanladığı növbəti xəbərdarlıqda İran hakimiyyətini etiraz aksiyalarının zorakılıqla yatırılmasından çəkinməyə və nüvə proqramını davam etdirməməyə çağırıb.

İranın Ali Lideri Əli Xameneinin devrilməsi və ya ölkədən uzaqlaşdırılması ehtimalı ilə bağlı sualı cavablandıran Tramp detallara varmaqdan imtina edib. O vurğulayıb ki, İran “ABŞ-ın nə istədiyini yaxşı bilir”.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ İran

Digər Xəbərlər