Kamal Kərimov: "Örüş torpaqlarından əvvəl də təyinatından kənar istifadə olunub"
Kürdəmir Aqro MMC-nin sahibi Kamal Kərimov Ajans.az-a açıqlama verib.
O bildirib ki, Kürdəmir Aqro MMC-nin sahibi olan zaman MMC-ə məxsus örüş torpaqlarında ilk gündən ferma tikilmişdi. Burada əkin-biçin yox elə eyni vəziyyətdə mal-qara saxlanırdı. Kamal Kərimov deyir ki, bu yerlər ondan əvvəl də başqaları tərəfindən eyni qaydada yəni təyinatından kənar istifadə edilib. Hazırda o da örüş torpaqlarında fermadan istifadə edir.
Kamal Kərimov həmçinin bildirir ki, ərazidə olan bəzi tikililər yüngül konstruksiyadır. Onlar əraziyə beton tökməyiblər.
Mövzular: