Reklam resmi
Reklam resmi

Tramp: “Sülh Şurası” BMT-ni əvəz etməyəcək

Tramp: “Sülh Şurası” BMT-ni əvəz etməyəcək
Dünya

ABŞ Prezidenti Donald Tramp yaradılması nəzərdə tutulan “Sülh Şurası”nın Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz etməyəcəyini bildirib.

Ajans.az CNN-ə istinadən xəbər verir ki, Tramp Davosda çıxışı zamanı qeyd edib ki, yeni qurumun BMT ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməsini istəyir.

“Bu şura tam formalaşdıqdan sonra demək olar ki, istədiyimiz hər şeyi edə biləcəyik və bunu Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə edəcəyik. Mən həmişə demişəm ki, BMT-nin böyük potensialı var. Hələlik bundan tam istifadə olunmayıb, amma potensialı çox böyükdür”, – deyə ABŞ prezidenti vurğulayıb.

Qeyd edək ki, Tramp daha əvvəl əsasən Qəzzanın yenidən qurulmasını asanlaşdırmaq məqsədilə yaratdığını bildirdiyi “Sülh Şurası”nın gələcəkdə BMT-ni “əvəz edə biləcəyini” də istisna etməmişdi.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
“Sülh Şurası” BMT

Digər Xəbərlər