Reklam resmi
Reklam resmi

Mixail Saakaşvilinin məhkəməsi DAVAM EDİR

Mixail Saakaşvilinin məhkəməsi DAVAM EDİR
Dünya

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin 7 noyabr işi üzrə məhkəməsi bu gün Tbilisi Şəhər Məhkəməsində davam edir. Təqsirləndirilən şəxs iclasda şəxsən iştirak edir.

Ajans.az APSNY.GE-yə istinadən xəbər verir ki, bugünkü prosesdə şahidlərin dindirilməsi planlaşdırılıb.

Dövlət ittihamı Saakaşvilini 2007-ci il 7 noyabr etirazlarının dağıdılması, Imedi televiziya stansiyasına basqın və Badri Patarkatsişviliyə məxsus əmlakın cinayət yolu ilə ələ keçirilməsi ilə əlaqədar ittiham edir.

Mixail Saakaşvili Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə ittiham olunur. Bu maddə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə fiziki və ya hüquqi şəxslərin, cəmiyyətin və ya dövlətin qanuni maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına görə 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Mixail Saakaşvili Gürcüstan

Digər Xəbərlər